Ana səhifəXidmətlər
Xidmətlərimiz
İki əsas istiqamətdə kompleks xidmətlər
Hüquq, biznes konsultasiyası, kredit risklərinin idarə edilməsi və problemli aktivlərin (NPL) idarə olunması sahələrində fərdi yanaşma əsasında xidmət göstəririk.
01
Hüquq xidmətləri
Fiziki və hüquqi şəxslərə korporativ hüquq, kommersiya hüququ və mübahisələrin həlli sahələrində geniş spektrli hüquqi xidmətlər göstəririk.
Korporativ hüquqdan icra icraatına qədər bizneslərin hüquqi təhlükəsizliyini təmin edirik.
- Korporativ hüquq və şirkətlərin yaradılması, yenidən təşkili və qeydiyyatı
- Kommersiya və biznes hüququ üzrə hüquqi müşayiət
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və danışıqların aparılması
- Əmək hüququ üzrə hüquqi xidmətlər
- Vergi hüququ və hüquqi konsultasiya
- Məhkəmə, arbitraj və digər mübahisələrin həlli
- Borcların məhkəməyədək və məhkəmə qaydasında bərpası
- İcra icraatı üzrə hüquqi müşayiət
- Daşınmaz əmlak, investisiya və digər kommersiya layihələrinin hüquqi dəstəyi
- Hüquqi audit, Compliance və korporativ idarəetmə xidmətləri
02
Maliyyə və Risk Konsultasiyası
Hüquq Agency-nin əsas fərqləndirici üstünlüklərindən biri hüquqi ekspertizanı maliyyə və risk idarəçiliyi sahəsində praktiki təcrübə ilə birləşdirməsidir.
Hüquqi ekspertizanı kredit risklərinin idarə edilməsi üzrə praktiki təcrübə ilə birləşdiririk.
- Kredit risklərinin qiymətləndirilməsi
- Kredit monitorinqi sistemlərinin qurulması və təkmilləşdirilməsi
- Problemli kreditlərin və problemli aktivlərin (NPL) idarə olunması
- Debt Collection sistemlərinin qurulması və optimallaşdırılması
- Borcların effektiv bərpası strategiyalarının hazırlanması
- Kredit siyasətləri və daxili prosedurların hazırlanması
- Risklərin azaldılması üçün daxili nəzarət mexanizmlərinin yaradılması
- Banklar, qeyri-bank kredit təşkilatları, maliyyə institutları və digər biznes subyektləri üçün risk və biznes konsultasiyası